“Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir” – Səfirbackend

Böyük Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.

Səfir Astara gömrük sərhəd-keçid məntəqəsinə baş çəkdiyini qeyd edib.

“Böyük Britaniya transmilli və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycana kömək edir”, – deyə diplomat vurğulayıb.