“Brüssel Ermənistanın konustruktiv mövqe tutması üçün rıçaqlardan istifadə edə bilər”backend

“Azərbaycan və Ermənistan nümayəndə heyəti  sərhədlərin delimitasiya və demarkasiyasi uzrə danışıqlar Brüsseldə keçiriləcək. Soçi görüşündən dərhal sonra belə bir görüşün Brüsseldə keçirilməsi tərəflərin məhz Moskvaya deyil, Brüssel formatına üstünlük verməsini göstərdi”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

M.Əsədullazadə qeyd edib ki, Brüsseldə keçirilən görüşdə müsbət nəticənin əldə olunması gözlənilmir, çünki Ermənistan tərəfi Azərbaycanı 12-14 senytabr döyüşlərindən əvvəlki mövqelərə geri çəkilməsini tələb edir: “Belə olan təqdirdə delimitasiyada problemlər davam edəcək. Amma Brüsselin fəal vasitəçiliyi nəticəsində növbəti görüşlərdə irəliləyişə nail oluna bilər. Rusiyadan fərqli olaraq Avropa İttifaqı iki ölkə arasında prosesin irəliləyişinə nail olmağa çalışır. Ona görə də dekabrda Brüssel yeni bir razılaşma sənədini razılaşdırıla bilər. Bu da sülhün əldə edilməsini yaxınlaşdıracaq. Vaşinqtonun siyasi dəstəyi və Brüsselin fəal vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Tiflisdə görüşü də mümkündür. Prezident İlham Əliyev ötən ay Gürcüstana səfərində Ermənistan daxil olmaqla üç tərəfli danışıqlar platformasının yaradılmasını təklif etmişdi. Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi-iqtisadi və enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Belə olan təqdirdə Brüssel məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Rəsmi Bakının sülh təklifi beynəlxalq hüquqa zidd deyil. Ona görə də Brüssel Ermənistanın konustruktiv mövqe tutması üçün öz rıçaqlarından istifadə edə bilər”.