BŞİH-dən yağışın yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı açıqlama: Kanalizasiya şəbəkəsi “Azərsu”yun balansındadırbackend

Sentyabrın 28-də səhər saatlarından etibarən Bakı şəhərinin bəzi ərazilərində qısamüddətli intensiv yağış yağması ilə əlaqədar bəzi küçə və prospektlərdə su basma halları baş verib, gölməçələr yaranıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Yeni Gündəm”-in sorğusuna cavab olaraq bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsi Azərsu ASC-nin balansında olduğuna görə yağışın fəsadları Azərsu ASC və kommunal təsərrüfat xidməti əməkdaşları tərəfindən aradan qaldırılır.

“Şəhərin kommunal xidmətləri tərəfindən birgə əlaqələndirmə, məlumatlandırma və digər zəruri tədbirlər görülür. İntensiv yagış zamanı başqa ölkələrdə də oxşar hallar müşahidə olunur”, – deyə məlumatda qeyd olunub.