BŞİH Milli Şuranın piket keçirməsinə razılıq veribbackend

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi piketlə bağlı müraciətinə cavab verib.

“Yeni Gundem”-in məlumatına görə, BŞİH-də müraciətə baxılıb və saat 15:00-dan 16:00-dək BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə razılıq verilib.

Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.