BSU-nun 4-cü kurs tələbəsi vəfat etdibackend

Bakı Slavyan Universitetinin (BSU) tələbəsi dünyasını dəyişib.

“Yenu Gündəm” xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.

Bildirilib ki, universitetin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzunsürən ağır xəstəlikdən vəfat edib.

BSU-dan, həmçinin qeyd olunub ki, Mərziyyə universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.