Bu adanı qadınlar idarə edir : 400 sakini olan qeyri-adi adabackend

Estoniyadakı bu ada yalnız qadınlar tərəfindən idarə olunur.

Kişilərin olmadığı adada qadınlar hər şeyi edirlər və illərdir problemsiz yaşayırlar. 400 qadının yaşadığı adada demək olar ki, kişi əhalisi yoxdur. Qadınlar tərəfindən idarə olunan Kihnu adasının güclü qadınlarına nəzər yetirək:

Kihnu adlanan bu Estoniya adasını qadınlar idarə edir. Bu ada Estoniyanın 2000-dən çox adalarının içində yeddinci böyük adadır. Bir çox Estoniya adası toxunulmamış təbiəti ilə seçilir. Kihnu adası isə qadın sakinləri ilə tanınır. 19-cu əsrdə bu adada yaşayan kişilər, balıq tutmaq və ov etmək üçün adadan ayrılmağa başladılar və demək olar ki, aylar sonra evlərinə qayıdırdılar.

Beləliklə, ada qadınları ilk addımlarını ataraq Kihnu adasını idarə etməyə başladılar. 400 qadın adanın bütün idarəetməsindən cavabdehdirlər və hər şeyi özləri edirlər. Qadınlar həm gündəlik işlərini, həm də adanı və evlərini idarə edirlər. Burada yaşayan uşaqlar da məktəblərində öz dillərini və bölgəyə uyğun musiqi alətlərində çalmağı öyrənirlər. Ancaq onların böyük bir işsizlik problemi var. Bu səbəblə immiqrasiya problemləri ilə qarşılaşırlar.

Baltik dənizində yerləşən bu ada tarixini və mədəniyyətini festivallar vasitəsilə tanıtmaq və daha çox insanın bu barədə bilməyini istəyir. Bu adada qadınlar traktor təmirindən tutmuş kilsə işlərinə qədər hər şeyi həll edirlər. Qadınların geyimlərində evli olub-olmadığını göstərən simvollar olur.

Məsələn, bir qadın ətəyinin üstünə önlük taxırsa, o zaman qadının evli olduğu bilinir. Bu adada açıq bir iyerarxiya mövcuddur. Əsas prioritet uşaqlar, sonra cəmiyyət və nəhayət kişilərdir. Kihnu qadınları, materikdə yaşayan insanlardan fərqli bir düşüncə tərzinə sahib olduqlarını söyləyirlər. Bu qadınlar həmişə ailə, xüsusən də uşaqlar üçün ən yaxşısını etmək istəyirlər. Onların hər şeyi etmək gücü vardır. Burada yaşayan qadınlar da bunu sübut edirlər.

Qadınlar kişilərin etdiyi hər bir şeyi bacarırlar. Ada sakinləri hamının buraya gəlməsini istəmirlər. Bura ancaq onların həyat tərzi ilə maraqlananlar gəlməlidirlər. Bu adada demək olar ki, heç bir asfalt yoxdur. Ticarət obyektləri və ya bankomatı yoxdur. İl boyu açıq restoran və ya kafe olmur. Adadakı ilk polis bölməsi 2019-cu ildə yaradılıb.