“Bu, Azərbaycanda manat ifadəsində ən böyük büdcə oldu”backend

Milli Məclisin deputatı Tahir Mirkişili Milli Məclisin payız sessiyasının fəaliyyətindən danışıb.

“Yeni Gundem” xəbər verir ki, Millət vəkili bildiribki. bu il də dövlət büdcəsinin müzakirəsi parlamentdə bir aydan çox davam etdi

“Payız sessiyası Milli Məclis sessiyaları içərisində həmişə xeyli aktiv sayılır. Çünki Milli Məclisin işinin böyük bir hissəsi, növbəti ilin dövlət büdcəsinin qəbulu, ilin sonu ilə yağlı yekun hesabatlar məhz payız sessiyası dövrünə düşür. Bu il də dövlət büdcəsinin müzakirəsi parlamentdə bir aydan çox davam etdi. 2023-cü ilin dövlət büdcəsi layihəsini qəbul etdik və bu, Azərbaycanda manat ifadəsində ən böyük büdcə oldu.Eyni zamanda, komitənin iclaslarında dövlət və özəl sektor əməkdaşlığı üzrə “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihələri, İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların, İKT sahəsində fəaliyyət göstərən sahibkarların 10 il müddətinə vergidən azad edilməsi ilə bağlı qanun layihələri müzakirə edildi və parlament tərəfindən qəbul olundu. Düşünürəm ki, bu qanun layihələri Azərbaycanda iqtisadi sektorun inkişafının sürətləndirilməsi, sahibkarların rolunun artırılması, özəl təşəbbüskarların dövlət tərəfindən dəstək mexanizmlərinin inkişaf etdirilməsi və dövlət-sahibkar münasibətlərində yeni bir səhifənin açılması baxımından mühümdür. “
Fərahim Rəhimov