“Bu Azərbaycanda stabilliyi pozmaq və çaxnaşma yaratmaq cəhdidir” – Razi Nurullayevbackend

Fazil Mustafaya qarşı törədilən terror aktı danışan dillərin susdurmaq cəhdidir. Azərbaycana göz dağı vermək istəyirlər. Çünki bu hadisə DTX-nın yarandığı günə, həm də İsraildə Azərbaycan səfirliyinin açıldığı günə təsadüf edir. Bu Azərbaycanda stabilliyi pozmaq və çaxnaşma yaratmaq cəhdidir. Bəlkə də hansısa digər təxribatlar törətmək cəhdidir.

Bu sözləri “Yeni Gundem”- ə açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Həmkarı Fazil Mustafadan danışan Millət vəkili sözlərinə belə davam edib:

“Əminəm ki, bu təxribatlarının hamısının qarşısı alınacaq.Azərbaycan xalqı həmişə çətin günlərində fədakarlıq nümayiş etdirib.

Bu gündə elə olacaq. Cənab Prezidentin ətrafında daha sıx birləşərək xarici agentura şəbəkəsini kəsib ata biləcəyik. Azərbaycan xalqının gözü qorxmayacaq.Daha sərt mövqe ortaya qoyacağıq. Günü sabahdan yüzlərlə həbslər olacaq. Heç kimə güzəşt olmayacaq. Azərbaycan xalqı və dövlətinə qarşı işləyirsə, Azərbaycanda yaşayıb, başqa ölkələrin maraqlarına xidmət edirsə onlara heç bir güzəşt edilə bilməz. Bundan sonra millət vəkilləri də , jurnalistlərimiz də , siyasətçilərimiz də ,xalqı sevənlərimiz də daha uca səslə danışacaqlar. İçimizdəki xainləri daha şiddətlə ifşa edəcəklər”,- deyə o qeyd edib.

Fərahim Rəhimov