Bu bəstəkar ölü tapıldıbackend

“Kim milyonçu olmaq istəyir?” şousunun musiqisinin müəllifi, britaniyalı bəstəkar Mettyu Strekan 50 yaşında dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir kİ, bu barədə “The Sun” nəşri yazıb. Strekan evində ölü halda tapılıb. Bəstəkarın ölümündə hər hansı şübhəli məqam olmadığı bildirilir. Bununla belə, polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Strekan “Kim milyonçu olmaq istəyir” şousuna yazdığı məşhur saundtrekə görə Amerika Bəstəkarlar və Müəlliflər Cəmiyyətinin 12 mükafatına layiq görülüb.