“Bu bəzi dövlətlərin sınıq silahlarının nümayişi deyil” – Açıqlamabackend

İki qardaş, Azərbaycan və Türkiyə hərbiçilərinin “Qardaş yumruğu” adlanan hərbi təlimlər təkcə iki qardaş xalqı deyil bütün türk dünyasını qürurlandırdı.Bildiyimiz kimi Türkiyə ordusu NATO-nun ikinci ən güclü ordusudur.Azərbaycan Silahlı Qüvvələri də Türkiyə hərbisinə uyğunlaşdırılır.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə təlimlər kiməsə qarşı deyil ,bütün dünyada sülhə ,əmin-amanlığa xidmət edəcək.
“Hərbi təlimlər zamanıda Azərbaycan və Türkiyə hərbiçiləri düşmənə layiq cavab verdiyini layiqincə göstərdi.Bütün qoşun növlərinin iştirak etdiyi bu təlimlər İranla sərhəddə olan rayonlarda aparılırdı.Bu təlimlər kiməsə qarşı deyil.Bütün dünyada sülhə,əmin-amanlığa xidmət edəcək .Bu gün Azərbaycan və Türkiyəyə qarşı hər hansı bir dövlət hədə ,təcavüz etmək niyyətində olarsa ,düşünməlidilər ki,təxribat hərəkətlərinə Azərbaycan və Türkiyə çox ağır və tutarlı cavab verəcək .Yəni bu bəzi dövlətlərin sınıq silahlarının nümayişi deyil.”Qardaş yumruğu”-nın məqsədi hərbi müdaxilə yaranarsa, əməliyyatlarda birgə cavab vermək məqsədi güdür.Azərbaycan və Türkiyə ordusunun güclü olduğunun bir daha şahidi olduq.Tədbirin sonundada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Cumhurbaşkanı cənab Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə hərbi təlimə verdikləri qiymət hər iki dövlət başçısının bu təlimlərə yüksək diqqət göstərcisini bir daha nümayiş etdirdi.”

Fərahim RƏHİMOV