Bu dövlət qurumu 289 min manatlıq odun aldı: ŞOK TENDERbackend

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun alışı ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“Sevinc 96” MMC tender müsabiqəsinin qalibi elan olunub.

MMC mərkəzi 4900 kubmetr odunla təmin edəcək və bunun qarşılığında 289 min 100 manat pul ödəyəcək. Elementar hesablamaya görə odunun bir kubu mərkəz üçün 59 manata başa gələcək. Bu 59 manata odunun qiymətindən əlavə nələrin daxil olduğu bəlli deyil. Bəlli olan ondan ibarətdir ki, bu gün Azərbaycanda quru odunun bir kubmetrinin yerində satışı 15 manatdır. 15 manatlıq məhsulun mərkəzə 59 manata başa gəlməsi şübhələr yaradır.

Tenderi qazanan “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyəti isə dövlət qurumlarının ən müxtəlif sahələrdə elan etdiyi satınalmaları əldə etdiyi bəllidir. Mediada yayılan məlumatlara görə, “Sevinc 96” MMC iş adamı Qurban Abbasova məxsusdur. Q. Abbasov sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-ləri idarə edir.“Yeni Sabah”