Bu ərazilərdə su olmayacaqbackend

Bu gün Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.