“Bu, Ermənistanın 30 il ərzində törətdiyi barbarlıq və vandalizmin nəticəsidir” – İlham Əliyevbackend

“Düşünürəm ki, gördükləriniz 30 illik işğal zamanı yaşadıqlarımıza dair ən yaxşı nümunələrdir. Bu kütləvi dağıntılar Qarabağ müharibəsinin nəticəsi deyil, bu, Ermənistanın 30 il ərzində törətdiyi barbarlıq və vandalizmin nəticəsidir”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısının sözlərinə görə, işğal dövründə kəndlərimizin, şəhərlərimizin çoxu yerlə-yeksan edilib.

“Kəlbəcər, Laçın, qismən də Zəngilan və Şuşa kimi bəzi rayonlarda Ermənistan hökumətinin rəsmi sponsorluğu ilə həyata keçirilən qeyri-qanuni məskunlaşma proqramları həyata keçirilib ki, bu da beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir”, – Prezident İlham Əliyev vurğulayıb.