“Bu Ermənistanın məhvi deməkdir”- Sevinc Hüseynovabackend

“Aprelin 6-da Ermənistan və Azəbaycan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş görüşdən  sonra münaqişə tərəfləri olan hər iki ölkə arasında sülh müqaviləsinin reallaşmasına, ugurlu danışıqlar aparılmasına  ümüdverici mühit yaranıb”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O vurğulayıb ki,  Ermənistanın baş naziri ölkəsinə dönərkən parlament tribunasından xalqına başqa cıxış yolunun olmadıgını bildirmiş, bu illər ərzində bir çox insanın ölümünə səbəb olmuş müharibə mövqeyi tutduğuna görə erməni xalqından üzr istəmişdir və bildirmişdir ki, Qarabağdan olan ermənilər bölgəyə dönərək azərbaycanlılarla birgə yaşamağa hazır olmalıdırlar:

“Bu isə Avrasiya məkanında ən uzunmüddətli münaqişə hesab olunan və 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri ilə başa çatan Ermənistan-Azərbaycan  münaqişəsindən sonra ilk dəfə olaraq rəsmi İrəvan tərəfindən rəsmi səviyyədə onların Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini göstərir.
Eyni zamanda, ağır iqtisadi və siyasi böhran yaşayan Ermənistan cəmiyyətinin  Azərbaycanın 44 günlük müharibədə yaratdığı reallıqları anlamağa, dərk etməyə başlamasının bir  göstəricisidir.
Təbii ki, proseslərin belə məcra almasının  əsas səbəbi ölkə başçısı, yenilməz Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi-siyasi kursun və diplomatik səylərinin nəticəsidir. Ermənistanı yeni yaranmış reallıqlarla barışmaga vadar edən  amillərdən biri də Ermənistana dəstək olan ölkələrin Azərbaycanın ədalətli mövqeyinə adekvat cavab verməyinə dair cagırışlardır. Artıq Ermənistan da anlayır ki, konstruktiv yol tutmasalar onların səsinə səs verən ölkə olmayacaq və əgər onlar yenə də savaş yolu seçərlərsə bu onların növbəti məğlubiyyəti olaraq  ölkələrinin məhvinə gətirib çıxara bilər”.
O qeyd edib ki, böhran yaşayan Ermənistan cəmiyyətində Paşinyanın çıxışı bir mənalı qarşılanmayıb. Əvvəlki hakimiyyətin dövründə rəzil vəziyyətinə  düşən ermənilər bu mövqeyi bölüşsə də, müxalifət düşərgəsində etirazla qarşılanıb.

Qarabağda separatçı qüvvələrin tör-töküntüləri rəsmi İrəvana etiraz olaraq Rusiyaya müraciət etməklə onların “müstəqilliyi”nin tanınması və Rusiyaya birləşmək kimi şüarlarla çıxış etməyə başlayıblar. Bu etiraza həm də xaricdə yaşayan erməni diasporunun daşnakları da  qosulub.
Ermənistan parlamentidə də bayraq böhranı bundan irəli gələn bir məsələdir.  Separatçı-terrorçu qrupun, həm də müxalifət düşərgəsində revanşist-populist dairələrin çıxışları ilə gündəmə gələn belə məsələlər onların uydurduqları digər miflər kimi bir xəyal olacaq. Çünki Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət və hazırda bölgədə yaranmış yeni reallıqlar, eyni zamanda Azərbaycan ilə Rusiya arasında müttəfiqlik haqda bəyannamənin imzalanması, Rusiya Prezidenti Vladimir Putinin hər dəfə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını xatırlatması, sülhməramlı kontingentin yerləşdiyi ərazidə Azərbaycan ordusunun Fərrux istiqamətində irəliləməsinə rəsmi Moskvanın liberal münasibəti, Rusiya sülhməramlılarının müxalifətdən olan erməni deputatları Qarabağa buraxmaması bir daha göstərir ki, erməni separatçılarının və revanşistlərin istəkləri elə xülya olaraq qalacaq.
Ermənistan sülh müqaviləsindən imtina edərsə, Azərbaycan da digər məsələlərdən imtina edə bilər və bu da qeyd etdiyim kimi yeni bir müharibəyə gətirib çıxara bilər ki, “.Medianews.az