Bu əsgər silahdaşları ilə birgə düşmənin 7 tankını məhv edib – FOTObackend

Müdafiə Nazirliyi Ermənistanın ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun şücaəti ilə bağlı məlumat yayıb.

“Yeni Gündəm” xəbər verir ki, məlumatda deyilir:

“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.

O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!”