Bu gecə Türkiyə və İtaliyadan Bakıya 391 sərnişin gətirildibackend

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə vətəndaşlarımızın ölkəyə qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

AZAL-dan daxil olan məlumata görə, aviaşirkət İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.