“Bu görüş Azərbaycanın diplomatik qələbəsi, Ermənistanın isə növbəti kapitulyasiyası ilə nəticələndi”backend

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Tarixi hadisəyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, QHT sədri Səbuhi Abbasov görüşü diplomatiyamızın növbəti qələbəsi kimi dəyərləndirdi: “44 günlük Vətən müharibəsindən, şanlı qələbəmizdən sonra bütün dünya Azərbaycan ordusunun qüdrətini gördü. Sevindirici hal ondan ibarətdir ki, bu uğurlar diplomatiya meydanında da davam edir. Ermənistan siyasi elitası darmadağın olub, ölkədə ciddi araxiya, itaətsizlik hökm sürür. Paşinyan özü belə görüşə zorla gələ bildi, xalq onu hava limanında qarşısını kəsmişdi. Ümumilikdə, görüşdəki diplomatik jestlər də qalibi məğlubdan açıq-aydın sezməyə imkan verirdi. Ermənistan mini kapitulyasiyaya aktına imza atdı, eyni zamanda, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə razılaşmasında yubanan öhdəliklərlə bağlı ciddi xəbərdarlıqlar aldı. Güman edirəm ki, Paşinyan görüşə saysız-hesabsız absurd təkliflərlə gəlmişdi. Ancaq bu təkliflərin heç biri nəzərə alınmadı, alınmayacaq da. İndiki situasiyada yalnız 1 diqtə edən tərəf var, o da Azərbaycan, vəssalam. Ermənistan baş naziri statusdan danışmağa cəhd etdi, ancaq bu cəhd olaraq qaldı. Yeni, 4 bəndli razılaşmada heç bir statusdan söhbət getmir. Ümumiyyətlə, status yoxdur, Prezident İlham Əliyev açıq və net şəkildə dedi ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur, gələcəyə baxmaq lazımdır. Yəni, ağlınızı başınıza top edin, dəmir yumruğu işə salmayın, əks halda nəticəsi dəhşətli olacaqdır. Düşünürəm ki, Ermənistanda ağlı başında olan istənilən kəs reallığı dərk və qəbul edir. Reallıq isə hər kəsə gün kimi aydındır, Qarabağ Azərbaycandır və nida! Yeni bəyanata gəldikdə isə, mətndən də aydın görünür ki, bu bəynatda Azərbaycan xalqının iradəsindən kənar heçbir bənd yoxdur. Söhbət mehriban qonşuluq siyasətinin gücləndirilməsidən, nəqliyyat dəhlizlərinin bərpasının surətləndirilməsindən və öhdəliklərə ciddi yanaşmadan gedir. Bəli, son iki ayda erməni diversantları tərəfindən təxribatlar törədildi, ancaq onların böyük əksəriyyəti bu gün həbs ediliblər, bir çox erməni terrorçuları Azərbaycan qanunları ilə mühakimə olunacaqlar”.