Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür – FOTOLARbackend

8 Mart sadəcə Beynəlxalq qadın günü deyil, o həm də qadınların birliyinin, mübarizəsinin , gücünün və iradəsinin simvoludur! Əsrlər boyunca hüquqları tapdanan qadınlar bu gün belə bununla savaşırlar. Onlar bir gün deyil hər gün diqqətə və qayğıya laiqdirlər.

İndi isə gəlin bu özəl günün keçmişinə yaxından nəzər salaq.

“Yeni Gündəm” xəbər verir ki, tarix 8 Mart 1857-ci il idi,ABŞ-ın New York şəhərində bir tekstil fabrikasında çalışan 40.000 qadın iş saatlarının 16 saatdan – 10 saata azaldılması, əmək haqqının artırılması , qeyri-insani iş şəraitinin yaxşılaşdırılması, maaşların artırılması və qadın işçilər üçün bərabər hüquq tələblərini dilə gətirmək üçün qrev keçdilər. Protesto çox səs gətirdiyindən polislər işçilərə güc tətbiq edərək etirazçı qadınları fabrikada kilidlədikdən sonra içəridə böyük bir yanığın çıxdı. Nəticədə barrikadalardan çıxa bilmədikləri üçün 120 qadın işçi can verdi…

 

Dönəmin mediası bu hadisəni gizləməsinə baxmayaraq işçilərin cənazəsində 10.000-dən çox insan iştirak etdi.

Ötən əsrin əvvəllərindən dünyanın müxtəlif ölkələrində qadınlar ədalətsizliklərə qarşı birgə mübarizə aparmağa başladılar. İlk belə hadisə 1908-ci ildə 8 mart 1908-ci ildə New York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı əsasında 15 min qadının iştirakı ilə baş verib. Növbəti illərdə müxtəlif ölkələrdə minlərlə qadın bərabər hüquqlar tələbi ilə küçələrə çıxaraq etiraz yürüşləri keçirib.

28 Fevral 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində İkinci Enternasyonala bağlı olan Beynalxalq Sosialist Qadınlar Konfransının iclasında Alman Sosial Demokrat Partiyasının öndərlərindən biri olan Clara Zetkin, heyətin nümayəndələri Käte Duncker, Paula Thiede və başqaları hər il “xüsusi bir Qadınlar Günü” təşkil edilməsini təklif etdilər.

 

Təklif qəbul edilsə də tarixin 8 Mart olaraq təyin edilməsi Bolşevik İnqilabının lideri və Sovet İttifaqının qurucusu Lenin təklifi ilə 1921-ci ildə Moskovada keçirilən 3-cü Beynəlxalq Kommunist Partiyaları iclasında təstiq edildi.

1917-ci ildə Sovet Rusiyasında qadınlar seçki hüququ qazandıqdan sonra 8 Mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 16 dekabr 1977-ci ildə 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını qəbul etdi.  Bununla birlikdə, təşkilatın rəsmi saytında, bayramın günün tarixindəki hissədə New Yorkda ölən qadın işçilərin xatirəsinə təşkil edildiyi yazılmamışdır.

Birinci və İkinci Dünya Müharibəsi illəri ərzində sosializmin yayılmasından qorxan bəzi ölkələrdə qeyd edilməsi qadağan edilmiş Beynəlxalq Qadınlar Günü, 1960-cı illərin sonlarında ABŞ-dakı müxtəlif nümayişlərdə xatırlanmağa başlandığı üçün Qərbi Blok ölkələrində daha güclü bir şəkildə gündəmə gəldi.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 16 dekabr 1977-ci ildə 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını qəbul etdi.  Bununla birlikdə, təşkilatın rəsmi saytında, bayramın günün tarixindəki hissədə New Yorkda ölən qadın işçilərin xatirəsinə təşkil edildiyi yazılmamışdır.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Mübarizə bayramınız mübarək olsun, Xanımlar!

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az