Bu gün Arzu Əliyevanın ad günüdür – FOTOLARbackend

Bu gün prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.

“Yeni Gündəm” xəbər verir ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

Orta təhsilini 1995–2006-cı illərdə Bakının 160 saylı tam orta məktəbində, ali təhslini isə İsveçrə və Böyük Britaniyada alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycanda tanıtım video klipində çəkilib. Bu video klip CNN və Euronews kimi kanallarda nümayiş olunub. 2011-ci il sentyabrın 3-də Rusiyada nüfuzlu azərbaycanlı iş adamı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub.

2015-ci il mayın 9-da Arzu Əliyevanın filmi “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimat mərasimi keçirilib. 2015-ci il 8 oktyabr tarixində Arzu Əliyevanın sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.

2016-cı ilin 22 yanvar tarixində isə “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri və filmin prodüsseri Arzu Əliyevadır.

Arzu Əliyeva bildirib ki, hər iki filmin və kitab-albomun yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır.