Bu gün Azərbaycan millisi Macarıstanla qarşılaşacaqbackend

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Yeni Gundem”in məlumatına görə, komandamızın rəqibi Macarıstan millisi olacaq.

Qeyd edək ki, hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

AVRO-2020

Seçmə mərhələ, VIII tur

20:00. Macarıstan – Azərbaycan

Hakimlər: Dennis Higler, Yohan Balder, Yoost van Zuylen, Bas Niyhuys (Hollandiya)

Hakim-inspektor: Miroslav Liba (Çexiya)
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).