Bu gün beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxıldı – FOTOLARbackend
Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsindən amnitsiya şamil edilən 19 nəfər azad edilib.
“Yeni Gündəm” xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aynur Sabitova açıqlamaslnda qeyd edib ki, Penitensiar Xidmət üzrə 5 noyabrdan 1 dekabra qədər 1787 nəfərə amnitsiya aktı təqdim ediləcəyini bildirib.
Qeyd edib ki, Zəfər gününün birinci ildönümü ərəfəsində “8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnitsiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində 1787 nəfər məhkum haqqında amnitsiya aktı tərtib edilib:
“Onlardan 34 nəfər qadın, 2 nəfər yetkinlik yaşına çatmayanlar və 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb”.
Qeyd edək ki,  Zəfər gününün birinci ildönümü ərəfəsində “8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.
Təbriz Məhərrəmoğlu
Yenigundem.az