backend

Bütün dünya tərcüməçiləri məhz bu günü bayram edirlər. Çoxsaylı peşə bayramlarından biri olan Beynəlxalq Tərcüməçilər Günü Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərari ilə 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd olunur. Bu tarix Bibliyanı (Vulaqatı) Latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamısı hesab olunan İeronim Stridonski dünyasını dəyişdiyi günə görə seçilmişdir. İeronim Stridonski çox zəngin intellekt sahibi olmuş, çoxlu səyahətlər etmiş, Halkid səhrasında dörd il ərzində dərviş həyatı yaşamış, burada yəhudi və haldey dillərini öyrənmişdir. 386-cı ildə İeronim Vifleyemdə məskunlaşmış və burada Bibliyanı (Əhli-ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə etmişdir. XI əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan etmişdir. Bundan əlavə, İeronim “qlaqolitsa” deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.

İeronim Stridonski 30 sentyabr 420-ci ildə dünyasını dəyişmişdir.

Tərcüməçilər bayramının populyarlığı ilbəil artır, tərcüməçilər tərəfindən daha çox kütləvi halda qeyd olunur.

Məhz Beynəlxalq Tərcüməçilər Günündə Bakı şəhərində fəaliyyət göstərən tərcümə mərkəzləri və bir qrup müstəqil tərcüməçilər birləşərək “Azərbaycan Tərcüməçilər İttifaqı” adlı ictimai birlik yaratmışlar. Birliyin məqsəd və məramı Azərbaycanda fəaliyyət göstərən tərcümə mərkəzlərini, müstəqil tərcüməçilərin fəaliyyətini əlaqələndirmək, tərcümə xidmətləri sektorunun sahəsinin öyrənilməsi, təbliğ edilməsi, peşəkar tərcümə xidmətləri göstərilməsinin məsələlərinə dair araşdırmaların aparılması, peşəkar tərcümə işinin təşkili ilə bağlı dünya təcrübəsinin öyrənilməsi və innovasiyaların Azərbaycanda tətbiqi, peşəkar tərcüməçi kadrlarının yetişdirilməsinə, peşəkarlığının artırılmasına yardım göstərilməsi və tərcümə xidməti sahəsində beynəlxalq əməkdaşlıq birliyin əsas məqsəd və vəzifələri olacaqdır.

“Az-translation centre” MMC-nin direktoru Ruslan Qulamhüseyn oğlu Dadaşov “Azərbaycan Tərcüməçilər İttifaqı” ictimai birliyinin idarə heyətinin sədri, “Unikal” tərcümə mərkəzinin rəhbəri Elçin Ağahüseyn oğlu Ağayev sədrin müavini, “Düşüncə” tərcümə mərkəzinin rəhbəri Emin Zabir oğlu İsmayılov Nəzarət Təftiş Komissiyasının sədri seçilmişlər.