“Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır”backend

Ölkəmizin beynəlxalq nüfuzu, görün, nə qədər yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

Dövlətimizin başçısı deyib: “Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı”.