Bu gün bu yollar BAĞLI OLACAQbackend

Bu gün futbol üzrə Avropa çempionatının 4/1 final oyunu çərçivəsində bəzi küçə və prospektlərdə hərəkət nəqliyyat vasitələri üçün tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, bu məqsədlə təhlükəsizlik tədbirləri müəyyən edilib:
«Futbol azarkeşlərinin, paytaxt sakinlərinin, avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib.

Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də, qonaqpərvərliyin mühitinin yaradılması üçün Bakı şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə təkrarən müraciət edir. Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur”.

Şöbə rəisinin sözlərinə görə, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər:
“Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik. Məlum olduğu kimi azarkeşlərin Qara Qarayev metrostansiyası yanından, Səməd Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyada isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.
Oyunun başlanılması pik saatlara təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyyə olunur.

İnanırıq ki hər zaman olduğu kimi bu gündə vətəndaş polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha qiqqətli, ayıq-sayıq olmağı və infirmasiya təhlükəsizliyi qaydalarına riayət etməklə nizam intizamlı olmağı tövsiyə edirik”.