Bu gün Əli Əsədovun 66 yaşı tamam olurbackend

Bu gün Azərbaycan Respublikasının 10-cu və hazırkı Baş Naziri Əli Əsədovun 66 yaşı tamam olur.

“Yeni Gundem” 66 yaşlı Baş Nazirin tərcümeyi halı ilə bağlı qısa araşdırma aparıb.

Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Naxçıvan MR, Kəngərli rayonu şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki ,2019-cu il oktyabrın 8-də baş tutan Milli Məclisin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələyə baxılaraq səsverməyə çıxarılıb. 105 nəfərin lehinə səsverməsindən sonra Əli Əsədov Azərbaycanın 10-cu Baş naziri seçilib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib və hal hazırda Azərbaycan Respublikasının Baş Naziridir .

Fərahim RƏHİMOV