Bu gün Finlandiya NATO-ya qoşulmaq niyyətini rəsmən elan edəcəkbackend

Bu gün – mayın 12-də Finlandiyanın NATO-ya üzv olmaq niyyətini rəsmən elan edəcəyi gözlənilir.

Bu barədə “Yeni Gündəm” “Reuters”ə istinadən xəbər verir. Xəbərə görə, NATO müttəfiqləri Finlandiya və İsveçin tezliklə alyansa qoşulacağını gözləyirlər. Bu da öz növbəsində bir illik ratifikasiya dövründə Skandinaviya regionunda NATO-nun hərbi mövcudluğunu sürətləndirəcək.

Çərşənbə günü “Finlandiya NATO-ya qoşulmaqla Rusiyanı təxribata çəkmirmi” sualına prezident Sauli Niiniste “günahkar Putin olacaq” şəklində vavab verib.