“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür”backend

Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.

“Yeni Gundem” xəbər verir ki,bu məlumat Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, Kremldən ilhamlanan qanunlara parlament tərəfindən baxılmasının davam etdirilməsi Gürcüstanın Avropaya inteqrasiyası və ölkənin demokratik inkişafı ilə bağlı açıq-aşkar istəyi ilə bir araya sığmır.

“Bu qanunların geri götürülməsi Gürcüstanın strateji tərəfdaşları ilə münasibətlərinə xələl gətirəcək və bir çox gürcü təşkilatlarının öz həmvətənlərinə kömək etmək üçün gördüyü mühüm işə xələl gətirəcək. Bu proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar yaradır”, – deyə məlumatda bildirilir.

Fərahim Rəhimov