Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından iki il ötürbackend
Agentlik iki il öncə Prezident İlham Əliyevin Fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb.
“Yeni Gundem” xəbər verir ki, Agentliyin əsas məqsədi media subyektlərinin inkişafına şərait yaratmaq, həmçinin, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görməkdir.
MEDİA yarandığı gündən jurnalistlər üçün müxtəliflər təlimlər, seminarlar keçirir. Bu təlim və seminarlarda xarici və yerli media mütəxəssisləri iştirak edib.
Eyni zamanda, Azərbaycan Respublikasında “Media haqqında” yeni qanun layihəsi hazırlanaraq 2022-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib. Bu qanun söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edir.
“Yeni Gundem” kollektivi olaraq, Medianın İnkişafı Agentliyini təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.