Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunması gözlənilir – YENİLƏNDİbackend

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası keçirilir.

“Yeni Gündəm”-in xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.

***

09:23

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin 26 üzvünün adı məlum olub.

“Yeni Gündəm” -in məlumatına görə, iki qrupa bölünən erməni terrorçuların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin cinayət işi hakim Faiq Qəniyevin icraatında araşdırılacaq.

Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviçin cinayət işi isə Azad Məcidovun icraatına araşdırılacaq.