“Bu gün sülh müqaviləsinin imzalanması ilə bağlı hər hansı fikir yoxdur”  – Elçin Mirzəbəylibackend

Sülh müqaviləsinin imzalanması ilə bağlı görüşün keçiriləcəyi hələ sual olaraq qalmaqdadır.Çünki konkret olaraq Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşəbbüsün irəli sürüldüyü bildirilir.Bu fikir ABŞ Dövlət Departamentinin təmsilçisi tərəfindən ifadə olunub.Amma görüşülən tərəflərin razılığ verdiyi yaxud vermədiyi barədə heç bir məlumat yoxdur.

Bu sözləri Yeni Gendem”açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

O açıqlayıb ki,Ermənistandaki bəzi siyasi qüvvələr masada olan sənədlərlə Azərbaycanın fikirlərinin yerinə yetirdikləri yaxud qəbul etdiklərini bildirirlər:

“Regionda prosseslər intensiv və dinamikdir.Son günlər baş verən hadisələrin çevik istiqamətdə inkişaf etdiyinin şahidiyik.Bölgədə maraqlı olan bütün qüvvələr mövqelərini açıq formada dilə gətiriblər.Ortalıqda olan yanaşmalardanbilinir ki ,Cənubi Qafqazda geosiyasi maraqları olan güclərin indiki şəraitdə narahatlıqlarının haradan qaynaqlandığınıdamüəyyən etmək mümkündür.Bütün bunlar prossesə necə təsir edəcək və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalancaqmı bunu indidən söyləmək çox çətindir.Şübhəsizki,sülh sazişi nə zamansa imzalanacaq.Bu gün onun imzalanması ilə bağlı hər hansı bir fikir yoxdur.Ermənistandaki bəzi siyasi qüvvələr masada olan sənədlərlə Azərbaycanın fikirlərinin yerinə yetirdikləri yaxud qəbul etdiklərini açıqlayırlar .Çox güman ki,bunlar reallığı əks etdirir Buna uyğun olaraq Ermənistan tərəfinin atacağı addımlar hansı zamana təsadüf edəcəyi hələki bəlli deyil.Qeyri-müəyyən şəraitdə konkret proqnoz vermək doğru olmazdı”-deyə Elçin Mirzəbəyli qeyd edib.

Fərahim Rəhimov