Bu gün Telli Pənahqızının doğum günüdürbackend

Bu gün Əməkdar telejurnalist, şairə, publisist, nasir Telli Pənahqızının doğum günüdür.

“Yeni Gündəm” xəbər verir ki, Telli Pənahqızı 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda, Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Telli Pənahqızı fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Gənclik” redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb. “Günün ekranı” redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifəsilərində çalışıb.

Telli Pənahqızı bədii yaradıcılığına tələbəlik illərindən başlayan şairənin mətbuatda da bir çox şeir, oçerk və hekayələri dərc olunub. Müxtəlif illərdə “Ömrün qoşa izi”, “Tanrımla söhbət”, “Ayrılıqdan sonra çəkilmiş şəkillər”, “Səsində ay işığı var”, “Sizi sevən Sərdaram”, “Səsin xiffəti”, “Uzun, incə bir yol varmış”, “Yaddaşım qaval daşı” kitabları işıq üzü görüb.

Qeyd edək ki, o, Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə Ali Media Mükafatının I dərəcə üzrə laureatına layiq görülüb.

“Yeni Gündəm”