Bu gün Tərtərdə yaralanan mülki şəxslərin adları AÇIQLANDIbackend

Bu gün səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

“Yeni Gündəm” xəbər verir ki, düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb. Evlərə və avtomobilə ziyan dəyib, daha 7 mülki şəxs yaralanıb.

Yaralılar – Fuad İbrahimli, Mahmud İbrahimov, İsmayıl İsmayıllı, Şahin İbrahimov, Müzəffər Əliyev və İxtiyar Şərifovdur. Digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.Report