Bu gün üç ölkənin parlament nümayəndələri bir araya gələcəkbackend

Bu gün Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki,iİclasda iştirak edəcək Azərbaycan Milli Məclisinin nümayəndə heyəti artıq Gürcüstandadır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Emin Məmmədov daxildir.

Gün ərzində Azərbaycan nümayəndə heyətinin Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, eləcə də parlamentin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşləri nəzərdə tutulub.

Fərahim Rəhimov