Bu gündən Azərbaycanda hərbçilərin vaksinasiyasına başlanıldıbackend

Bu gündən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların COVID-19 əleyhinə vaksinasiya prosesinə start verilib.

“Yeni Gündəm” Trend-ə istinadən xəbər verir ki, bu məqsədlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və digər hərbi hissələri ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Xəstəliyin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriyalar təşkil edilib.

Laboratoriyalarda xaricdə təhsil alıb, treninqlər keçmiş tibb işçiləri fəaliyyət göstərir.