Bu gündən COVİD-19 pasportu olmayanlar toya buraxılmır – VİDEObackend

Bakının bütün restoranlarında polis və aidiyyəti dövlət qurumları tərəfindən monitorinqlər davam etdirilir.

“Yeni Gündəm” xəbər verir ki, bu gündən başlayaraq polis əməkdaşları tərəfindən restoranlarda keçirilən toy mərasimlərinə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Monitorinqlərdə Bakı Şəhər İcra Hakimiyyəti və ərazi icra hakimiyyəti nümayəndələri də iştirak edib.

COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Məlumatı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.