Bu gündən metro yenidən fəaliyyətə başlayırbackend

 Bu gün saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında deyilir.

Bildirilir ki, “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Həftəsonları isə ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir.

Sərnişinlər Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxmalı və sosial məsafə gözləməlidirlər.  Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.