“Bu hərəkat hicaba qarşı deyil, məcburiyyətə qarşıdır“ – Çingiz Göytürkbackend

Fürsət düşdükcə fars və İranda yaşayan digər xalqlar öz tələb və aksiyalarını nümayiş etdirirlər. Uzun zaman idiki, xalq buna fürsət axtarırdı. Hadisələr ayın 13 ü İranın əxlaq polisinin 22 yaşlı xanımı saxlayaraq, öz qərargahına aparıb, orada işgəncəyə məruz qoyaraq öldürülməsi, ölüm xəbərinin yayılması ilə başladı. Ayın 16 sı həmin qadın öldürülür. Meyidi ailəsinə təhvil verilir. Bu hadisədən dərhal sonra iki şəhərdə etirazlar başlayaraq, İran adlanan dövlətin bütün şəhərlərinə yayılır. Etirazlar bu gündə davam edir.

Bu sözləri “Yeni Gündəm” açıqlamasında Finlandiyada yaşayan Azərbaycanlı siyasi şərhçi Çingiz Göytürk bildirib.

Siyasi şərhçi hazırkı etirazların əvvəl baş tutmuş etirazlardan fərqini belə izah etdi :

“İran əvvəl dəfələrlə baş verən etirazları yatıra bilib.Ən sonuncunu deyək Yaşıllar hərəkatı .Amma bu gün ki çağdaş hərəkət özəllik və xüsusiyyətlərinə görə ciddi fərqlənir .Yaşıllar hərəkatı rejim daxili qruplaşmaların ,cinahların bir birinə qarşı rəqabətin güc nümayişindən başqa bir şey deyildi .Elə onun üzvləri o dövrü ki İranın ən qaranlıq aktyorları idi .İndiki hadisələrdə azadlıq məsələsi gündəmə gətirilir .Azadlıq uğurunda konkret mübarizə aparılır .Bu prosseslərə cəmiyyətindən qoşulmasınınnəsl səbəbi budur.Bu hadisələr sürətlə davam edir .Kiminsə gəlib ,kiminsə getməsi uğurunda yox tam olaraq azadlığ tələb edilir .”

Çingiz Göytürk Cənubi Azərbaycan xalqının bu proseslərdə iştirakınıda nəzərdən keçirdi.

“Azərbaycan öz kimliyi ilə bu proseslərə qoşuldu. Əvvəl ki, hadisələrə cənublu bacı-qardaşlarımız tamamilə məsafəli yanaşmışdı. Buda səbəbsiz deyildi, Azərbaycan Milli Azadlıq Hərəkatı qaranın gedib yaşılın gəlməsi, yaşılın gedib ağın gəlməsi deyil. Azərbaycan Hərəkatının konkret hədəfləri var. Hədəflərinə uyğun olaraq prosseslərə qoşula bilər. Ona görə Cənubi Azərbaycan öz kimliyi ilə bu hərəkətdə iştirak edir. Elə hərəkatın içində ikinci zümrənidə Azərbaycan xalqı təşkil edir. Əlbəttə hər zaman ki, kimi dünya hadisələrdən pərdə asmağa, körpü yaratmağa çalışır, “Azadlıq””Ədalət” “Milli Hökümət” şüarı adı altında xalqımız azadlığını tələb edir.”

Siyasi şərhçi Çingiz Göytürk hərəkətin hicaba qarşı olmamasınıda vurğulayaraq, hadisələrin nəticələrini açıqladı:

“Etiraz aksiyalarının özəllik və xarakteriktikasına baxsaq, bir neçə neansları görmüş oluruq. Birinci xanımlar bütün digər istəklərdən fərqli olaraq, İran adlanan məkanda qadınlara özəl olaraq uyğunlanan zülmdən azad olmaq istəyirlər.Bu hərəkat hicaba qarşı deyil.Məcburiyyətə qarşıdır və nəticəsiz bitəcəyidə qeyri-mümkündür. İran İslam Respublikası xalqı qarşısında sona qədər duruş gətirə bilməyəcək. Necəki keçmisdə gətirə bilməyib. Qadınlar istədiklərinə bu gündə olmasa sabah nail olacaqlar. Günü gündən çox şey dəyişəcək. Heç də hər şey dünən ki, kimi olmayacaq. Bu etirazlarda qadınlar böyük qələbə əldə etdilər. Hadisələ nəticə vermiş durumdadır. Artıq rejimin bütün təməlləri sarsılıb. Rejim çox şeyi dərk edib. Xalq İran hərbi maşınından qorxmadığını açıq-aşkar göstərir. Bu rejimin laxlaması deməkdir. İran etirazları sona qədər yatıra bilməz bu qeyri-mümkündür.

Fərahim RƏHİMOV

Yenigundem.az