Bu icra başçısı işdən çıxarıldıbackend

Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Rövşən Bağırov 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı idi.