Bu il Bakıdakı “Jara”da nələr olacaq?backend

“Jara”nın təşkilat komitəsi Beynəlxalq Musiqi Festivalının 2020-ci ilə olan proqramının yeni təfərrüatlarını açıqlayıb.

“Yeni Gündem”in məlumatına görə, festivalın rəsmi İnstaqram səhifəsində beş gün davam edəcək şounun konsert proqramı dərc edilib.

29 iyul – Qala-konsert

30 iyul – 90-cı illərin xitləri / Rusiyanın Xalq artisti Dmitri Malikovun yaradıcılıq gecəsi

31 iyul – Rusiyanın Xalq artisti İqor Nikolayevin yaradıcılıq gecəsi

1 avqust – “International Day” / ”Zhara Music” leyblının artistləri

2 avqust – “Z” nəsli / Yeqor Kridin solo konserti / Hammali & Navai-nin solo konserti

Bir çox sürprizlər vəd edən təşkilat komitəsi festivalın konsert proqramında dəyişiklikər ediləcəyini də istisna etməyib.

Qeyd edək ki, D.Malikovun yaradıcılıq gecəsi onun yubileyinə həsr olunacaq. Yanvarın 29-da artistin 50 yaşı tamam olacaq. İqor Nikolayevin də “Jara-2020”dəki yaradıcılıq gecəsi onun yubileyi münasibəti ilə keçiriləcək. Bu günlərdə müğənni və bəstəkarın 60 yaşı tamam olmuşdu.

Bundan əlavə, “Jara-2020”in ulduz qonaqlarından biri məşhur türkiyəli müğənni Mustafa Sandal olacaq. Daha əvvəl o, İnstaqram hesabının “Stories” bölməsində festivalda iştirak edəcəyi barədə məlumat vermişdi.