Bu il Xerson vilayətində Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçiriləcəkbackend

Bu il Ukraynanın Xerson vilayətində Rusiyanın tərkibinə daxil olmaq üçün referendumun keçirilməsi planlaşdırılır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Xersonun hərbi-mülki administrasiya rəhbərinin müavini Kirill Stremousov öz açıqlamasında deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi xüsusi hərbi əməliyyat zamanı Xerson və Zaporojye vilayətinin bir hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.