Bu ilin 11 ayında baş verən yol qəzalarında 738 nəfər ölübbackend

Bu ilin 11 ayı ərzində respublika ərazisində 1681 yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.

O bildirib ki, baş verən qəzalar nəticəsində 738 nəfər ölüb, 1535 nəfər isə xəsarət alıb: “Bu hadisələrin 42,7 faizi piyadaların vurulması ilə bağlı olub ki, həmin qəzalarda 298 piyada ölüb”.