“Bu ilin 8 ayında qeyri-neft sektorunun ixracı 37% artıb” – Mikayıl Cabbarovbackend

Azərbaycanda 2021-ci ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. Onun sözlərinə görə, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.