Bu ilin I yarısında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1964 müraciət daxil olubbackend

2022-ci ilin 6 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1964 zəng qəbul edilib.

Energetika Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, daxil olan zənglərin 1523-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 165-i sayğaclaşma, 90-ı təşəkkür xarakterli, 186-ı isə digər məsələlərlə bağlı olub. Qaz təchizatı üzrə zənglərdən 5-ni qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı Mərkəzi, minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.