Bu jurnalist axtarışa verildibackend

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorovu axtarışa verib.

Bu barədə məlumat Rusiya DİN-nin məlumat bazasında yerləşdirilib.

“3 avqust 1958-ci il təvəllüdlü Nevzorov Aleksandr Qleboviç Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, – məlumat bazasında bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da İnstaqram şəbəkəsində və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.

APA