“Bu, Kəlbəcərin də azad ediləcəyindən xəbər verir” – MÜHÜM AÇIQLAMAbackend

“İngilislərin bir deyimi var, təxminən bu cür səslənir var: “ən yaxşı kəşfiyyatçı məntiqdir”. Bu günə qədər məntiqim mənə bir çox problemlər yaratsa da, heç vaxt aldatmayıb. Məntiqimə əsaslanıb yürütdüyüm fikirlərə görə bir neçə dəfə istintaqa da cəlb edilmişəm.

Heç bir məsuliyyətə almasalar da dediklərimin ancaq məntiqə əsaslandığına inan da olmayıb. Hələ 1950-1970-ci illər ABŞ SSRİ-nin hansı ərazilərində hərbi hissələrin yerləşdiyini bilmək üçün SSRİ məkanında hər rayon mərkəzində çap olunan yerli qəzetləri əldə edərmiş. Məqsəd də həmin qəzetlərdə çap olunan başsağlıqlarını oxumaq olub. Yaşlı nəsil yaxşı bilir ki, SSRİ dönəmində hər rayon mərkəzində çıxan qəzetlərin sonuncu səhifələrində rəhmətə getmişlərin doğmalarına başsağlığı çap olunardı. Həmin qəzetlərdə bəzən belə bir elan gedərdi “N saylı hərbi hissənin komandiri, yaxud əməkdaşı filankəsov filankəsin atasının, anasının, yaxud qohumunun rəhmətə getməsi ilə bağlı başsağlığı veririk”. Bax beləcə ABŞ SSRİ-nin hansı məkanında hərbi hissələrin yerləşdiyini müəyyən edərdi. İndi mən də Ermənistan mətbuatında gedən yazıları oxuyub, təhlil etməklə oradakı mənzərəni çox aydın görürəm. Bu gün “Sputnik Armeniya” xəbərlər portalında saat 8.05-də Serqley Bablumyan adlı kolumnistin böyük bir yazısı çıxıb. Həmin yazıda ermənilərə çətinliklərə tab gətirmək üçün bütün dünyada fövqəladə vəziyyətlərdə hansı tədbirlərin görülməsi barədə uzun-uzadı nümunələr gətirlilir və əhali bütün çətinliklərə dözməyə çağrılır. Yazının tonu, gətirilən nümunələr onu göstərir ki, erməni cəmiyyəti qaynayır və hakimiyyət az qala yalvarır ki, bir az da aclığa, işıqsızlığa, istisizliyə, söz, mətbuat azadlığının olmamasına dözün, hər şey yaxşı olacaq və hər bir erməni xanımına ərləri brilyant üzüklər hədiyyə edəcək. Zarafat etmirəm, həqiqətən bu cür yazılıb. Yazının həcminə görə bütün yazılanları burada sadalamaq fikrim yoxdur. Yazını şərhə yerləşdirəcəm maraqlanan tam oxuyub tanış ola bilərlər”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, erməni rəsmilərinin Kəlbəcərdə ağır döyüşlərin getdiyini yazması da yaxın günlərdə, bəlkə də saatlarda artıq Kəlbəcərin də azad ediləcəyindən xəbər verir: “Bəli, bir il əvvəl yazdığım kimi yaxın vaxtlarda Yerevanda Ermənistan erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin döyüşünün də şahidi olacağıq. Uca Allah bizə şərəfli günləri yaşadan Əsgər və Zabitlərimizi qorusun! Qələbə bizimlədir!”