Bu məbləğ 807 manat olacaqbackend

“Növbəti ilin dövlət büdcəsi qarşıya qoyulan strategiyanın ilk büdcəsi olacaq”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, növbəti ildə 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığını artması gözlənilir: “Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.