Bu məhsullar ağız qoxusunu aradan qaldırırbackend

Siçuan Universitetinin tədqiqatçıları aşkar ediblər ki, probiotik qidalar ağız qoxusuna qarşı mübarizə aparır. 

“Yeni Gundem” xəbər verir ki, araşdırma “BMJ Open” jurnalında dərc olunub. Jurnalda yazılır: “Uçucu kükürd birləşmələri ağız qoxusunun əsas səbəbidir və dilin səthində yaşayan bakteriyalar zülalları çox tez parçaladıqda və artıq uçucu kükürd birləşmələri yaratdıqda baş verir. Yeddi tədqiqatın meta-analizi, qatıq, turş xəmir çörəyi, kombucha və miso şorbası kimi fermentləşdirilmiş qidalardakı probiotik bakteriyaların ağız qoxusuna qarşı kömək etdiyini aşkar etdi. Ağız qoxusuna qarşı mübarizə aparan bakteriyalara Lactobacillus salivarius, Lactobacillus reuteri, Streptococcus salivarius və Weissella cibaria daxildir”.

“Probiyotiklər ağızda anaerob bakteriyalar tərəfindən amin turşularının və zülalların parçalanmasına mane ola bilər və bununla da pis qoxulu əlavə məhsulların əmələ gəlməsinə maneə törədir. Probiyotiklər qısa müddətdə kömək edir, lakin dildə lövhə kimi ağız qoxusunun səbəblərinə əhəmiyyətli təsir göstərmir “deyə tədqiqatçılar qeyd ediblər.
Alimlərin fikrincə, insanlar nəfəslərini təravətli tutmaq üçün mütəmadi olaraq probiotik tərkibli məhsullar yeməlidirlər.

Ayşən