Bu məktəblərlə bağlı qərar verildibackend

Bakıda 147 nömrəli Texniki-Humanitar Liseydə, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.