Bu məktəblilər riyaziyyatı daha yaxşı bilirlər – SƏBƏBbackend

“Çin, Yaponiya və Cənubi Koreyadan olan məktəblilər və tələbələr riyaziyyatı Qərbdəki həmyaşıdlarında yaxşı bilirlər. Onlar birmənalı olaraq riyaziyyat və informatikadan Dünya Fənn Olimpiadalarında böyük uğurlara imza atırlar. Tələbələr isə Ali məktəblərdə riyaziyyat və informatikadan üstünlüyü əldən vermirlər”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Deputat bildirib ki, Kanadanın Vaterloo Universitetinin müəllimi, jurnalist Malkolm Qladduell bunun səbələrini araşdıraraq belə izah edib: “İstedadın səbəblərini axtaranda biz çox vaxt intellektə müraciət edirik. Və düşünürük ki, mürəkkəb hesablamalar və ali riyaziyyat böyük ağıl tələb edir, həm də anadangəlmə koqnitiv üstünlüklə bağlıdır. Lakin bu belə deyil. Riyaziyyatdan qabiliyyət təkcə koqnitiv bacarıqlardan asılı deyil. Bu, əsasən mədəniyyətə müncər olunur. Məsələn, belə ədədlər sırasına baxaq: 4, 8, 5, 3, 9,7, 6. Bunları sadalayaq, sonra 20 saniyədən sonra təkrarlamağa cəhd edək. Əgər ingils dilində danışırsınızsa bu rəqəmlərin düzgün sıralanmasını yadda saxlamaq ehtimalı təxminən 50 faizdir. Əgər çinlisinizsə bu ardıcıllığı səhvsiz söylə bilərsiniz. Nə üçün? Ona görə ki, insanlar ədədləri yaddaşın kəsimində 2 saniyə ərzində saxlamalıdırlar. Bu 2 saniyədə biz oxuduğumuzu və nəzər yetirdiyimizi daha tez yadda saxlayırıq. İngilis dilindən fərqli olaraq, çin dili bu 7 ədədi 2 saniyə ərzində sıralamağa imkan verir. Rəqəmləri ifadə edən çin sözləri çox qısadır. Məsələn 4 -“si”, 7 -“ki”dir. İngilis ekvivalenti isə uzundur: Bu rəqəmlərə “four” və “seven” sözləri uyğundur. Aydındır ki, bu rəqəmləri səsləndirmək üçün kiçik də olsa vaxt itkiləri baş verir. Sözlərin uzunluğu ingilis və çin dillərində danışanların yaddaşlarını fərqləndirir.”