Bu müəllimlərin maaşı artırılacaq – ŞAD XƏBƏRbackend

“Sertifikasiya imtahanında iştirak edən müəllimlərin 80-85 faizinin əməkhaqqılarında artım olacağı gözlənilir”.

“Yeni Gundem”-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Nazir deyib ki, ötən il sertifikatlaşma imtahanında uğur qazanmayan 2 803 müəllim üçün də sertifikatlaşma keçiriləcək:

“Həmin şəxslərdən 505 müəllim təlimlərdə iştirakdan imtina edib. Bunun səbəbləri araşdırılır. Onlar uğur qazanmasalar, əmək müqavilələrinə xitam veriləcək”./Oxu.az